Yuxarı

“Dünya və gənclər yeni şəraitdə” onlayn Forumu keçiriləcək

Gənclərlə iş şöbəsinin 2 onlayn iclası baş tutub

© Report

Bu həftə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin 2 onlayn iclası keçirilib.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, iclaslarda “2015 - 2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə” Dövlət Proqramının 2020-ci il üçün icrası müzakirə olunub. 

İclas zamanı karantin dövründə nazirliyin və onun yerli qurumlarının respublika səviyyəsində fəaliyyətinin onlayn formatda təşkili, intellektual inkişaf, asudə vaxtın səmərəli qurulması vasitəsilə gənclərə yeni bilik və bacarıqların verilməsi, gənclər üçün rəqəmsal məhsulların, eyni zamanda, müvafiq sahələr üzrə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və digər məsələlər diqqət mərkəzində olub .

Aprelin 11-də isə “Dünya və gənclər yeni şəraitdə” onlayn Forumunun keçirilməsi qərara alınıb. Forumda müxtəlif gənclər qrupları ilə yanaşı, millət vəkillərinin və əlaqədar dövlət orqanlarının əməkdaşlarının da iştirakı planlaşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi