“Gənclərin Sağlam İnkişafı” İB-də yeni təyinat olub

“Gənclərin Sağlam İnkişafı” İB-də yeni təyinat olub Bakı. 7 noyabr. REPORT.AZ/ “Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinə (İB) yeni icraçı direktor təyin edilib. Nicat Nəcəfli təşkilatda icraçı direktor vəzifəsini icra edəcək.
Daxili siyasət
7 Noyabr , 2017 13:29
“Gənclərin Sağlam İnkişafı” İB-də yeni təyinat olub

Bakı. 7 noyabr. REPORT.AZ/ “Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinə (İB) yeni icraçı direktor təyin edilib. Nicat Nəcəfli təşkilatda icraçı direktor vəzifəsini icra edəcək.

“Report”un xəbərinə görə, bu barədə İB-nin sədri Məmməd Gülməmmədov bildirib.

Təşkilata icraçı direktor təyin edilən Nicat Nəcəfli Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alaraq daha sonra 2014-2016-cı illərdə Ukrayna Milli Texniki Neft-Qaz Universitetində təhsilini davam etdirib. Bundan əlavə, Böyük Britaniyanın Kambriya Universitetində Biznesin İdarə Edilməsi üzrə (MBA) fərqlənmə ilə magistr dərəcəsi alıb.

Peşəkar əmək fəaliyyətinə 2001-ci ildən başlayan N.Nəcəfli QHT, hüquq, neft-qaz, tibbi və digər sahələrdə müxtəlif yerli və beynəlxalq təşkilatlara ardıcıl və sinxron tərcümə xidmətləri göstərib. 2006-cı ilin yanvarından Rusiya Federasiyası, Ukrayna və Qazaxıstanda özəl şirkətlərdə müxtəlif rəhbər vəzifələr yerinə yetirib. Fəaliyyəti ilə əlaqədar Avropanın müxtəlif yerlərində biznes və təlim səfərlərində olub. 2013-2017 illərdə Səudiyyə Ərəbistanında transmilli şirkətdə neft-qaz sahəsində texniki mühəndis və layihə rəhbəri vəzifələrini tutub. Texniki, iqtisadiyyat və idarəetmə sahələrində dərin texniki və nəzəri bilikləri vardır. Azərbaycan, rus, türk, ingilis, ukrayn və fransız dillərini bilir. Evlidir, 2 övladı var.

Son xəbərlər

Orphus sistemi