Yuxarı

Prezident mükafatını alacaq laureatların əhatə dairəsi genişləndirilib

​Gənclər üçün Prezident mükafatının əhatə dairəsi genişləndirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, bu, mükafatın laureatlarının əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Belə ki, indiyədək elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident Mükafatı nəzərdə tutulmuşdu. Burada 6 rəqəmi 10 rəqəmi ilə əvəzlənib.

Dəyişikliklə Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsillə yanaşı, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində nailiyyətlər də təşviq ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi