Yuxarı

"Gənclər siyasəti" haqqında qanuna dəyişiklik ediləcək

"Gənclər siyasəti" haqqında qanuna dəyişiklik ediləcək
© Report/ Elchin Murad — Milli Məclisin Gənclər və idman komissiyasının sədri Ülvi Quliyev

Bakı. 16 noyabr. REPORT.AZ/ "2002-ci ildə qəbul edilən "Gənclər siyasəti" haqqında qanun yeni dövrə uyğun olaraq dəyişdirilir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komissiyasının sədri Ülvi Quliyev Azərbaycan gənclərinin VIII Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclər siyasəti ilə bağlı olan Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyasının müvafiq şöbəsi, Gənclər Fondunun, gənclər təşkilatlarının tövsiyələri, rəyləri alınaraq "Gənclər siyasəti" haqqında qanun layihəsində bu yaxın vaxtlarda dəyişiklik ediləcək: "Çalışacağıq ki, bu qanun qısa müddətdə qüvvəyə minsin. Qanunda əsas mahiyyət Azərbaycanda gənclər siyasətinə dəstəkdir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və tərkib hissəsidir. Azərbaycan gəncləri bütün sferalarda təmsil olunurlar və aktivdilər. Ona görə də gənclər dövlətimizin aparıcı qüvvəsinə çevrilib. Müstəqillik dövründən bu günə qədər gənclər uğurlu layihələrə imza atıblar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi