Gəncənin tarixi adının bərpasından 30 il ötür - VİDEO

Gəncənin tarixi adının bərpasından 30 il ötür - VİDEO Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində gəncəlilər özlərinin daha bir bayramını qeyd edir.
Daxili siyasət
30 Dekabr , 2019 17:55
Gəncənin tarixi adının bərpasından 30 il ötür - VİDEO

Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində gəncəlilər özlərinin daha bir bayramını qeyd edir. 

"Report" xəbər verir ki, dəfələrlə adı dəyişdirilən Nizami yurdunun adı 1989-cu il dekabr ayının 30-u özünə qaytarılıb. 

Zaman-zaman Abbasabad, Yelizavetpol, Kirovabad kimi adlandırılan şəhərin sovetlər birliyi dönəmində, daha dəqiq desək, 60, 62 və 87-ci illərdə yenidən Gəncə adlandırılması üçün bir neçə dəfə cəhd göstərilsə də, bu istiqamətdə konkret addımlar ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə atılıb.

Gəncə TV internet televiziyası Gəncənin tarixi adının bərpası ilə bağlı hazırladığı videomaterialda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bir neçə dəfə adı dəyişdirilən Gəncənin adının bərpası ilə bağlı ətraflı məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi