Gəncədə növbəti genişmiqyaslı dezinfeksiya tədbirləri görülür - FOTO

Gəncədə növbəti genişmiqyaslı dezinfeksiya tədbirləri görülür - FOTO Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tədbiq olunan 2 həftəlik sərt karantin rejimi nəzərə alınaraq, şəhərdə həyata keçirilən tibbi-profilaktiki tədbirlər daha da genişləndirilib.
Daxili siyasət
21 İyun , 2020 13:58
Gəncədə növbəti genişmiqyaslı dezinfeksiya tədbirləri görülür - FOTO

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tədbiq olunan 2 həftəlik sərt karantin rejimi nəzərə alınaraq, şəhərdə həyata keçirilən tibbi-profilaktiki tədbirlər daha da genişləndirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində aparılan dezinfeksiya işləri davam edir. 

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar. 

Gəncənin əsas küçə və prospektləri, o cümlədən “Gəncəçay” Park-bulvar kompleksi, Xan bağı, N.Nərimanov və M.Füzuli parklarının ərazisi xüsusi kimyəvi məhlulla yuyulublar. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib. 

Qeyd edək ki, dezinfeksiya işləri yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılır və gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi