Fərhad Abdullayev: "Ombudsman təsisatı hüququndan çox səmərəli istifadə edir"

Fərhad Abdullayev: "Ombudsman təsisatı hüququndan çox səmərəli istifadə edir" Bakı. 20 iyun. REPORT.AZ/ “Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul olunub. Bu, Heydər Əliyevin şah əsəridir”.
Daxili siyasət
20 İyun , 2018 11:07
Fərhad Abdullayev: Ombudsman təsisatı hüququndan çox səmərəli istifadə edir
Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ “Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul olunub. Bu, Heydər Əliyevin şah əsəridir”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, Azərbaycan müstəqil siyasətini həyata keçirir: “Bizim hər birimizin üzərində böyük vəzifə düşür”.

F.Abdullayev Ombudsman təsisatının fəaliyyətinə də toxunub: “Ombudsman təsisatına toplu şəkildə ərizə və şikayətlər daxil olur. Ombudsman təsisatı bilavasitə insanlarla daha çox ünsiyyətdə olur. Konstitusiyaya edilən dəyişiklərdən sonra Ombudsman təsisatına Azərbaycanın Konstitusiya Məhkəməsinə həm konkret olaraq, həm də gələcəkdə baş verə biləcək insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciət etmək hüququ verilib. Ombudsman təsisatı bu hüquqdan çox səmərəli istifadə edir. Ombudsman Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul olunan 30-a yaxın qərarla bağlı müraciət edib, bununla bağlı müvafiq qərarlar qəbul edilib. Biz birgə fəaliyyət göstərməklə mövcud problemlərin aradan qaldırılmasına çalışırıq”.

Son xəbərlər

Orphus sistemi