Energetika nazirinə yeni müavin təyin olunub

Energetika nazirinə yeni müavin təyin olunub Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub.
Daxili siyasət
25 Dekabr , 2017 11:22
Energetika nazirinə yeni müavin təyin olunub

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub.

“Report” xəbər verir ki, Vəliyev Samir Teymur oğlu energetika nazirinin müavini vəzifəsinə təyin edilib.

Bununla da energetika nazirinin müavinlərinin sayı 3-ə çatdırılıb.

S.Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

S.Vəliyev 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq hüquq ixtisası üzrə bitirib. İqtisad elmləri namizədidir. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində, 1997-1999-cu illərdə Ticarət Nazirliyində, 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləyib. 2001-ci ildən energetika nazirinin müavini vəzifəsinə təyin edilənə qədər İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

Son xəbərlər

Orphus sistemi