​AXCP rəhbərliyi Sahib Kərimlinin Əli Kərimliyə alternativ olmasına münasibət bildirib

​AXCP rəhbərliyi Sahib Kərimlinin Əli Kərimliyə alternativ olmasına münasibət bildirib Partiyada Əli Kərimliyə rəqib yoxdur
Daxili siyasət
21 Sentyabr , 2015 12:44
​AXCP rəhbərliyi Sahib Kərimlinin Əli Kərimliyə alternativ olmasına münasibət bildirib

Bakı. 21 sentyabr. REPORT.AZ/ "AXCP-də istənilən şəxs partiya sədrliyinə namizədliyini irəli sürə bilər". Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin Əli Kərimliyə alternativ olaraq namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib. 

F.Qəhrəmanlı bildirib ki, partiyada Əli Kərimliyə rəqib yoxdur.

O, AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin ittihamlarına cavab verməyib.

Ə.Kərimlinin indiyədək partiya sədrliyinə namizədliyini irəli sürməməsinə gəlincə, F.Qəhrəmanlı deyib ki, AXCP-nin əksər üzvləri hazırkı sədri dəstəkləyir, ona görə də namizədliyini indi irəli sürməsinə ehtiyac yoxdur: "Əli Kərimli namizədliyini qurultayda irəli sürəcək".

Xatırladaq ki, S.Kərimli AXCP sədrliyinə namizədliyini irəli sürdüyü üçün bəzi partiya funksionerlərinin onu "satqın" adlandırdığını söyləyib. 

Qeyd edək ki, AXCP-nin VI(IX) qurultayı sentyabrın 27-də Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi