"Azərbaycanda həyata keçirilən siyasətdə sosial yönümlülük özünü qabarıq şəkildə göstərir. Ölkənin iqtisadi inkişafının artması bunu gerçəkləşdirməyə ciddi imkanlar yaradır".
"Report" xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi
Onun sözlərinə görə, hər bir vətəndaşın həyatını yaxşılaşdırmaq üçün müxtəlif sosial layihələr həyat keçirilir: "Məsələn, 2019-cu ildə ölkə əhalisinin çox hissəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əmək haqqlarının, pensiyaların iki dəfəyə qədər artırılması, dövlət tərəfindən ayrı-ayrı kateqoriyalara verilən güzəştlərin miqdarının çoxalması bu layihələrin ən əhəmiyyətlilərindəndir. Eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir neçə illərdir uğurla həyata keçirilən siyasət davam edir".
Ə.Əhmədov qeyd edib ki, ayrılan dövlət vəsaiti də artırılmaqdadır: "İnanıram ki, çox yaxın illərdə Prezidentin dəstəyi ilə məcburi köçkünlər yaşamaq üçün lazımi şəraiti olan evlərlə təmin ediləcəklər. Eləcə də zəlzələ nəticəsində yaşadıqları evlər qəzalı vəziyyətə düşən insanlar da bu qəbildən olan sosial layihələrlə əhatə olunublar. Bundan sonra Prezidentin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələr daha da genişlənəcək. Məqsəd ondan ibarətdir ki, Azərbaycanın artan və genişlənən imkanlarından hər bir vətəndaşın daha çox faydalanmasını təmin etmək mümkün olsun, hər bir vətəndaş üçün daha layiqli həyat şəraiti yaradılsın".