Yuxarı

Əli Əhmədov: “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub"

Əli Əhmədov: “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub"

"XX əsrin son onillyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu. Bu müqavilənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub".

"Report" xəbər verir ki, bunu YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov “Əsrin müqaviləsi”: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” movzusunda keçirilən "dəyirmi masa"da çıxışında deyib.

O bildirib ki, yenicə dövlət müstəqilliyi əldə edən Azərbaycanın daxilində və ətrafında müəyyən səbəblərlə əlaqədar və hamıya məlum olan proseslər başa çatmamışdı: "Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətin içərisində mühüm yerlərdən biri də Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi idi. O zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycan üçün əhəmiyyətli olan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirə bildi”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi