"Report" Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi
- Əli müəllim, son dövrlərin əhəmiyyətli siyasi meyllərindən biri geniş spektrli siyasi qüvvələrin Prezident
- Azərbaycanın inkişafı, uğurlarımız, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan möhtəşəm addımlar göz qabağındadır. İnsanlar Prezident İlham Əliyevin siyasətini, onun nəticələrini yüksək qiymətləndirir. Biz bunu əhalinin bütün təbəqələrinin davranışında və baxışlarında hiss edirik. Hesab edirəm ki, dediyiniz geniş spektrli siyasi qüvvələrin hökümətin siyasətini dəstəkləməsi ilk növbədə bununla əlaqədardır. Onlar bununla dövləti, dövlətçiliyi partiya maraqlarından üstün tutduqlarını nümayiş etdirirlər. Mahiyyət etibarilə, Yeni Azərbaycan Partiyası onlarla siyasi rəqib olsa da, dövlətçilik maraqları naminə vahid mövqe nümayiş etdirilməsini alqışlayırıq.
Başqa bir səbəbi də vurğulamaq olar. Prezident İlham Əliyevin dövlət maraqlarının ən yüksək səviyyədə ifadə olunmasına və həyata keçirilməsinə yönəldilmiş siyasəti eyni zamanda həmin maraqlar naminə bütün siyasi qüvvələrin birliyini, dialoqunu və əməkdaşlığını həm nəzərdə tutur, həm də mümkün edir. Hakimiyyət milli maraqlar naminə konstruktiv mövqedə olan siyasi partiyaların vahid mövqeyinin formalaşmasını alqışlayır və bu zəmində əməkdaşlığa hazır olduğunu bildirir. Yaxşı haldır ki, siyasi partiyaların böyük bir qismi dediyim bu xətti dəstəkləyir və adekvat cavab verir. Nəticədə müxtəlif siyasi partiyaların ümummilli məsələlərdə vahid mövqeyinin yaranması, səmərəli əməkdaşlığı sahəsində ciddi irəliləyişlər əldə edilmişdir.
- Yeni Azərbaycan Partiyasının bir sıra tanınmış simaları milli maraqlar naminə hakimiyyətlə əməkdaşlıq mövqeyində olan partiyaları, onların rəhbərlərini yumşaq şəkildə desək, qeyri-səmimilikdə suçlayır, onları hətta düşmən adlandırmaqdan belə çəkinmirlər. Deputatlar
- Mən qaldırdığınız məsələ ilə əlaqədar partiyamızın mövqeyini yuxarıda bildirdim. Bu gün ölkəmizdə həyata keçirilən siyasətdə milli birlik, milli həmrəylik ideyası mühüm yer tutur. Biz bunu sadəcə bəyanat kimi deyil, real siyasət olaraq qəbul edir və həyata keçirilməsi naminə real addımlar atırıq. Həmin fundamental dəyərlər naminə bütün insanların, siyasətçilərin, partiyaların və ya ictimai təşkilatların birləşməsinə nail olmağa çalışmağımız əsas vəzifələrdəndir. Dövlətçilik naminə əməkdaşlıq etdiyimiz hər kəsə və hər bir siyasi partiyaya hörmətlə yanaşırıq, onlara vətənini və dövlətini ürəkdən sevən insanlar kimi baxırıq. Düşünürəm ki, onları qeyri-səmimilikdə suçlamağa heç bir əsas yoxdur və partiyamız kiməsə belə bir səlahiyyət verməyib. Bu gün
- Əli müəllim, partiyanın vaxtilə yüksək vəzifə tutmuş keçmiş məmurlara münasibəti necədir?
- Uzun illər Yeni Azərbaycan Partiyasının iqtidarında vəzifə tutmuş bütün keçmiş məmurlara münasibətimiz onların vəzifədə olduğu dövrdəkindən fərqlənmir. Vəzifədə olarkən ciddi səhvlərə yol verdiyinə görə işdən kənarlaşdırılan və haqqında qanuna uyğun olaraq tədbirlər görülənlər istisna olunmaqla. Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz. İstefaya getmək onun cəzalandırılması deyil. Bizim hər birimiz nə vaxtsa istefaya gedəcəyik. Bunu normal yeniləşmə prosesi kimi qəbul etmək lazımdır və biz məhz belə edirik. İstefaya gedən və ya Milli Məclisə növbəti dəfə deputat seçilə bilməyən keçmiş millət vəkili yenə də bizim yanımızdadır, yenə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına öz imkanları çərçivəsində dəstək verir. Onların xidmətləri və zəhmətləri də unudulmur. Əgər siz diqqətlə müşahidə edirsinizsə, həmin qəbildən olan insanlar partiyamızın keçirdiyi bütün tədbirlərdə iştirak edir, bizimlə bir sırada dayanır. Söhbət siyasi əqidədən gedir. Vaxtilə vəzifədə olan insanların hər biri
Onu da demək istəyirəm ki, hər bir iqtidarın gücü həm də onun daxili əqidə birliyində, qarşılıqlı inam və hörmət mühitinin olmasındadır. Biz keçmiş məmurları əqidə və sədaqət baxımından indi vəzifədə olan məmurlardan fərqləndirmirik. Onların hər biri xalqını, dövlətini, dövlətçiliyi və prezidenti yolunda sədaqət və fədakarlıq göstərmiş və göstərən dəyərli insanlardır. Biz bir yerdə daha güclü oluruq.