Ekologiya və təbii sərvətlər naziri Balakəndə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Balakəndə vətəndaşları qəbul edəcək Görüşdə Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan sakinlər iştirak edə bilərlər
Daxili siyasət
23 İyun , 2017 13:08
Ekologiya və təbii sərvətlər naziri Balakəndə vətəndaşları qəbul edəcək
Report.az

Bakı. 23 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Balakəndə vətəndaşları qəbul edəcək.                         

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyul ayının 6-sı saat 10:00-da Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 40) keçiriləcək qəbulda Balakən, Qax, Zaqatala və Şəki rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlaya (ünvan: Zaqatala şəhəri, Nizami 40, əlaqə telefonları: 050-376-28-89, 050-781-12-81, 022-3-08-63) bilərlər. 

Son xəbərlər

Orphus sistemi