Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Daxili siyasət
14 Fevral , 2019 17:44
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid “Report”a açıqlamasında deyib ki, iclasda daxil olan müraciətlərin daha bir qisminə baxılıb.

O bildirib ki, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Qeyd edək ki, komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramında əfv sərəncamı imzalayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi