Yuxarı

ECO korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib

ECO korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib
Səmərəli əməkdaşlığın qurulması və hüquqi sahədə əlaqələrin inkişafı barədə qonaqlara ətraflı məlumat verilib

Bakı. 6 iyun. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclası çərçivəsində baş prokuror Zakir Qaralov həmin təşkilatın Baş katibinin müavini Seyed Calaluddin Ələvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə insan və vətəndaş hüquq və azadlıqların etibarlı müdafiəsi, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bu prosesdə beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə aparılan işlər, eləcə də ECO-ya üzv olan dövlətlərlə bütün istiqamətlər üzrə səmərəli əməkdaşlığın qurulması və hüquqi sahədə əlaqələrin inkişafı barədə qonaqlara ətraflı məlumat verilib.

ECO ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Seyed Calaluddin Ələvi Bakıda keçirilən iclasın əhəmiyyətini vurğulayaraq korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, təmsil etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi