DTX-nin Mədəniyyət Mərkəzində "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" mövzusunda elmi konfrans keçirilib

DTX-nin Mədəniyyət Mərkəzində "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" mövzusunda elmi konfrans keçirilib Bakı. 7 may. REPORT.AZ/ Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur mövzusunda ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələri kursantlarının I respublika elmi konfransı keçirilib.
Daxili siyasət
7 May , 2018 11:02
DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur mövzusunda elmi konfrans keçirilib
Report/ Firi Salim

Bakı. 7 may. REPORT.AZ/ Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" mövzusunda ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələri kursantlarının I respublika elmi konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin girişində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər, çələng qoyublar. 

DTX-nın Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini icra edən general-leytenant Əli Şəfiyev tədbirdə çıxış edərək ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə baş verən inkişafdan söz açıb.

AMEA Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov bildirib ki, digər tarixi şəxsiyyətlərdən fərqli olaraq ulu öndər Heydər Əliyev bir-birinə zidd olan iki fərqli sistemdə yaşayıb və işləyib: "Ona görə də ümummilli liderin həyatı hər bir insan üçün maraqlıdır".

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev deyib ki, Heydər Əliyev adına Akademiyanın təşəbbüsü ilə baş tutan konfransda kursantların 20-ə yaxın elmi məruzəsi dinləniləcək.

Konfrans plenar iclas və bölmələrlə işini davam etdirib. 

Son xəbərlər

Orphus sistemi