Yuxarı

Dövlət orqanlarının aparatı və onun bölmələrinin adları siyahısına daha bir qurum əlavə edilib

Dövlət orqanlarının aparatı və onun bölmələrinin adları siyahısına daha bir qurum əlavə edilib

Bakı. 31 mart. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bu barədə sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları siyahısına Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının Katibliyi əlavə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi