Prezident
"Report" xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamını 1-ci hissəsindən “Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi ‒ şöbə müdiri” sözləri çıxarılıb və həmin hissədə “Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi ‒ şöbə müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin köməkçisi ‒ Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri” sözləri ilə, “direktoru” sözü “sədri” sözü ilə əvəz edilib.