Bakı. 13 dekabr. REPORT.AZ/ “Azərbaycan iqtisadi sahədə bütün vəzifələri uğurla icra edir. İqtisadiyyatımız artır, sosial məsələlər öz həllini tapır. 2018-ci ildə bir çox önəmli infrastruktur layihəsi uğurla icra olunmuşdur, nəqliyyat və neft-qaz sahələrində tarixi nailiyyətlər əldə edilmişdir. Bütün bunları biz etmişik, Azərbaycan xalqının böyük dəstəyi ilə buna nail olmuşuq”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti,
“Bilirsiniz ki, ölkəmizə turistlərin axını davam edir. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında 6 faizdən çox artmışdır. Düzdür, əvvəlki illərə nisbətdə artım bir qədər aşağıdır, ancaq biz bilməliyik ki, baza artır. Yəni, hər il bundan sonrakı ildə bu yüksək artımı əldə etmək daha çətin olacaq. Ancaq bu istiqamətdə də çox ciddi işlər aparılır. Deyə bilərəm ki, şəhərin mərkəzində keçirilən "Formula 1" yarışının turistlərin cəlb edilməsində xüsusilə çox böyük rolu, payı var. Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Həm Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi bizim fəaliyyətimizə çox yüksək qiymət verir. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəkdir. Bu, gənclər arasında Avropa Oyunlarının bir növüdür. Biz bu yarışa da ciddi hazırlaşırıq. Bizdə əldə edilmiş təcrübə deməyə əsas verir ki, bu yarış yüksək səviyyədə keçiriləcək”, - dövlət başçısı əlavə edib.