​Vurğun Əyyubun deputatlığa namizədliyi yenidən irəli sürülüb

​Vurğun Əyyubun deputatlığa namizədliyi yenidən irəli sürülüb Təşkilat sədri: "Qərarlara yenidən baxılması və qüvvədə saxlanılması göstərir ki, MNTK ötən Şura iclasının qərarını sifariş və göstərişlə ləğv edib"
Daxili siyasət
27 Aprel , 2015 10:19
​Vurğun Əyyubun deputatlığa namizədliyi yenidən irəli sürülüb

Bakı. 27 aprel. REPORT.AZ/ Müsavat Partiyasının Suraxanı rayon təşkilatı yenidən partiya Məclisinin sabiq üzvü Vurğun Əyyubun deputatlığa namizədliyini irəli sürüb. Bu barədə "Report"a Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli məlumat verib.

O bildirib ki, Suraxanı rayon təşkilatının Şura iclası keçirilib və Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyasının ləğv etdiyi qərara baxılıb: "İclasda 14 Şura üzvü iştirak edib. Hər kəsə dəvət göndərilmişdi, amma əvvəlki Şura iclasının qərarından MNTK-ya şikayət edənlərdən yalnız Misir Mahmudov toplantıya qatılmışdı. Müzakirələrin yekununda MNTK-nın ləğv etdiyi Şuranın ötən iclasının qərarları qüvvədə saxlanılıb. Şuranın əvvəlki toplantısında Konfransa Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması və parlament seçkisində 30 saylı Suraxanı birinci seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Fəxrəddin Əhmədin və 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Xatirə Allahverdiyevanın deputatlığa namizədliklərinin irəli sürülməsi ilə bağlı qərarlar verilmişdi. Şura həmin qərarları qüvvədə saxladı. Bu qərarların lehinə əksər Şura üzvləri səs veriblər".

R.Dəmirli qeyd edib ki, qərarlara yenidən baxılması və qüvvədə saxlanılması onu göstərir ki, MNTK ötən Şura iclasının qərarını sifariş və göstərişlə ləğv edib.

Xatırladaq ki, Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası Suraxanı rayon təşkilatının martda keçirilən Şura iclasının qərarlarını şikayət əsasında ləğv etmişdi.

Son xəbərlər

Orphus sistemi