Deputatlar: "Prezident İlham Əliyevin qanunsuz tikililərlə bağlı tapşırıqları tez bir zamanda müsbət nəticə verəcək"

Deputatlar: "Prezident İlham Əliyevin qanunsuz tikililərlə bağlı tapşırıqları tez bir zamanda müsbət nəticə verəcək" Bakı. 11 oktyabr. REPORT.AZ/ “Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında qanunsuz tikililərlə bağlı səsləndirdiyi fikirlər ciddi siqnaldır”.
Daxili siyasət
11 Oktyabr , 2018 13:24
Deputatlar: Prezident İlham Əliyevin qanunsuz tikililərlə bağlı tapşırıqları tez bir zamanda müsbət nəticə verəcək
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ “Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında qanunsuz tikililərlə bağlı səsləndirdiyi fikirlər ciddi siqnaldır”.

Bunu “Report”a açqlamasında deputat Tahir Kərimli deyib.

O bildirib ki, bundan sonra hər kəs qanunsuz tikililərin qarşısının alınması məsələsinə daha ciddi yanaşmalıdır: “Xüsusilə də bu məsələdə ictimai nəzarət daha da güclənəcək. Bu da onu göstərir ki, hökumət bu məsələyə çox ciddi yanaşır. Hər kəs qaydalara ciddi riayət etməlidir”.

 Bu da onu göstərir ki, hökumət bu məsələyə çox ciddi yanaşır. Hər kəs qaydalara ciddi riayət etməlidir


Tahir Kərimli

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı &

Deputat Vahid Əhmədov ölkədə qanunsuz tikililərin çoxluq təşkil etdiyini xatırladaraq əlavə edib ki, bundan sonra tikililər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı əsasında aparılacaq: “Cənab Prezidentin imzaladığı müvafiq sərəncam və Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlar onu deməyə əsas verir ki, gələcəkdə bu kimi problemlər qanunauyğun şəkildə öz həllini tapacaq. Qanunvericilikdə olan cərimələr daha da sərtləşdirilməlidir ki, insanlar bu kimi hərəkətlərə yol verməsinlər”.

Deputat Vahid Əhmədov

Cənab Prezidentin imzaladığı müvafiq sərəncam və Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlar onu deməyə əsas verir ki, gələcəkdə bu kimi problemlər qanunauyğun şəkildə öz həllini tapacaq.

Vahid Əhmədov

Депутат Милли Меджлиса Вахид Ахмедов&

Qeyd edək ki, oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır. Dövlət başçısı bu sahədə müvafiq sərəncamın imzalandığını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də binanın tikilə bilmədiyini qeyd edib. Prezident bu qaydanı pozanların cinayət məsuliyyətinə cəlb ediləcəyini və qanunsuz tikilən binaların dərhal söküləcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi