Deputat: “Lenin və Stalinin heykəllərini, “26 Bakı komissarı”nın şərəfinə ucaldılmış abidəni yığıb saxlamaq lazımdır”

Deputat: “Lenin və Stalinin heykəllərini, “26 Bakı komissarı”nın şərəfinə ucaldılmış abidəni yığıb saxlamaq lazımdır” “Həmin abidələri saxlamaqla gələcəy nəsili məlumatlandırmaq lazımdır”
Daxili siyasət
19 Sentyabr , 2017 14:56
Deputat: “Lenin və Stalinin heykəllərini, “26 Bakı komissarı”nın şərəfinə ucaldılmış abidəni yığıb saxlamaq lazımdır”

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Keçmiş SSRİ-nin liderləri olan Lenin və İosif Stalinin heykəlləri uçurulub. Mən o vaxt da təklif etmişdim ki, bunları bir yerə yığıb saxlamaq lazımdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov deyib.

Deputat bildirib ki, bütün bunlar tarixdir: “Qəmli tarix də olsa, faktiki olub. “26 Bakı komissarı”nın, XI Qızıl Ordunun şərəfinə ucadılan abidə və digər abidələr bir yerdə saxlanmalı idi. Məktəbliləri ora aparmaq lazımdır və tanış etmək lazımdır ki, bu şəxslərin hansı fəaliyyəti olub. Məsələn, XI Qızıl Ordunu bizə xilaskar kimi təqdim edirdilər. Əslində, belə olmayıb. Ona görə həmin abidələri saxlamaqla gələcəyi nəsili məlumatlandırmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi