"Bələdiyyələr inkişaf prosesinə uyğun fəaliyyət göstərməlidir" - İSLAHATLARIN 1 İLİ

"Bələdiyyələr inkişaf prosesinə uyğun fəaliyyət göstərməlidir" - İSLAHATLARIN 1 İLİ Bu ay İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsindən 1 il ötür.
Daxili siyasət
15 Aprel , 2019 16:08
Bələdiyyələr inkişaf prosesinə uyğun fəaliyyət göstərməlidir - İSLAHATLARIN 1 İLİ

Bu ay İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsindən 1 il ötür.

"Report"un xəbərinə görə, dövlət başçısı hələ seçki ərəfəsində davamlı islahatlar aparılacağını açıqlamışdı.

Prezidentin qeyd etdiyi kimi, son 1 ildə ölkədə müxtəlif sahələrdə islahatlar həyata keçirilib, əmək pensiyası, minimum əməkhaqqı, təqaüd və müavinətlər artırılıb. Bununla yanaşı, struktur islahatları da aparılıb, dövlət qurumlarının fəaliyyəti optimallaşdırlıb.

Bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində də bir sıra addımlar atılıb. Belə ki, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib. Qaydalara əsasən, qəbiristanlıqların idarə olunması səlahiyyətləri bələdiyyələrə aiddir. Həmçinin bələdiyyələrin fəaliyyətilə bağlı qanunlara dəyişikliklər edilib.

Bu il dekabrın 27-də isə Azərbaycanda beşinci dəfə bələdiyyə seçkiləri keçiriləcək. "Report" Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli ilə bələdiyyələrin hazırkı durumu, səlahiyyətləri barədə danışıb, onların təkliflərini öyrənib.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi sədri Vüqar Tofiqli

T.Rzayev deyib ki, bələdiyyələr ölkədəki dinamik inkişaf prosesinə uyğun fəaliyyət göstərməli, ümumi inkişafdan geri qalmamalıdırlar: "Ötən 20 il ərzində bələdiyyələr vətəndaşlarla sağlam münasibət qurmalı, əlaqələrini möhkəmlətməli idilər. Təəssüf ki, bu əlaqələr sıx deyil. Burada seçicilərin də üzərinə məsuliyyət düşür. Onlar da ərazidəki bələdiyyələrin fəaliyyətinə nəzarət etməlidirlər. Bu sahədə müəyyən çatışmazlıqlar var, seçicilər aktiv olmadığına görə nöqsanlar da gec aşkar olunur. Hazırda bələdiyyələrin sayı çoxdur, təkliflər hazırlanmalı, bələdiyyələrin sayı azaldılmalıdır. Bir neçə bələdiyyə birləşə bilər. Bələdiyyələrin kifayət qədər səlahiyyətləri var. Bəziləri deyir ki, əlavə səlahiyyətlər verilməlidir. Əlavə səlahiyyət verilməsi xaos yarada bilər. İnkişaf etmiş ölkələrdə aparıcı sahələr bələdiyyələrin nəzarətindədir. Çünki onların kadları, maddi-texniki bazaları var. Amma Azərbaycanda belə deyil. Yol-nəqliyyat sistemini bələdiyyələrə verdik, idarə edə biləcəklərmi? Mümkün deyil”.

Vüqar Tofiqli deyib ki, bələdiyyələrin əldə etdiyi nailiyyətlərlə yanaşı, çatışmazlıqlar da var: “Bunun da əsasında maliyyənın olmaması və qanundakı boşluqlar durur”.

Son xəbərlər

Orphus sistemi