Təşviqat başa çatdı - "sükut günü"dür

Təşviqat başa çatdı - "sükut günü"dür Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması başa çatıb.
Daxili siyasət
8 Fevral , 2020 08:00
Təşviqat başa çatdı - sükut günüdür

Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması başa çatıb.

“Report” xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Seçkiqabağı təşviqatın aparılması 17 yanvar saat 00:00-dan 8 fevral saat 08:00-dək davam edib. Bu dəqiqədən etibarən təşviqat aparmaq qadağandır.

Bu günü qeyri-rəsmi olaraq "sükut günü" də adlandırırlar.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi