BŞİH: Bakının bütün rayonlarında abadlaşdırma işləri davam etdirilir

BŞİH: Bakının bütün rayonlarında abadlaşdırma işləri davam etdirilir Bakı. 6 noyabr. REPORT.AZ/ İDEA İctimai Birliyinin təşkilatçılığı ilə Bizim həyət layihəsi çərçivəsində abadlaşdırılan daha bir ərazi sakinlərin istifadəsinə verilib.
Daxili siyasət
6 Noyabr , 2018 12:02
BŞİH: Bakının bütün rayonlarında abadlaşdırma işləri davam etdirilir
Report
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ İDEA İctimai Birliyinin təşkilatçılığı ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan daha bir ərazi sakinlərin istifadəsinə verilib.

"Report"un xəbərinə görə, yenilənən həyət Bakının Xətai rayonunda 600 sakinin yaşadığı 4 ədəd beşmərtəbəli binanı əhatə edir.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan ümumi sahəsi 6500 kvadratmetr olan həyətdəki binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Binaların girişləri əsaslı təmir olunub, giriş qapıları müasir standartlara uyğun olaraq yeni kod tipli qapılarla əvəz olunub. Binaların girişlərindəki sakinlər tərəfindən quraşdırılan qeyri-qanuni tikililər sökülüb.

Həyətdə yerləşən mərasim evi təmir olunub. Ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib, yaşıllıq zolağı salınıb. Bundan başqa, idman qurğuları, uşaqlar üçün əyləncə mərkəzi quraşdırılıb. Bu, abadlaşdırılan 7-ci ərazidir.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib.

Son xəbərlər

Orphus sistemi