BMT: II Dünya müharibəsindən sonra belə bir təhlükə ilə üzləşməmişdik

BMT: II Dünya müharibəsindən sonra belə bir təhlükə ilə üzləşməmişdik “İkinci Dünya müharibəsindən sonra bu pandemiyaya oxşar bir hadisə olmamışdı və BMT belə bir təhlükə ilə üzləşməmişdi”.
Daxili siyasət
25 İyun , 2020 17:11
BMT: II Dünya müharibəsindən sonra belə bir təhlükə ilə üzləşməmişdik

“İkinci Dünya müharibəsindən sonra bu pandemiyaya oxşar bir hadisə olmamışdı və BMT belə bir təhlükə ilə üzləşməmişdi”.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Hazırda bu virus hansısa ölkəni hədəf almır, sərhədləri aşır, zəif və güclülərə də yoluxa bilir. Buna görə də BMT-nin baş katibi hər kəsi qlobal səviyyədə həmrəyliyə çağırıb. Hökumətlər yalnız öz gücü ilə qalib gələ bilməyəcək. Cəmiyyət dəstək göstərməlidir. Buna görə də hər kəs öz məsuliyyətini dərk etməlidir”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi