Yuxarı

Birinci vitse-prezident Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib

Birinci vitse-prezident Azərbaycan xalqını ​Ramazan ayının başlanması
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqı təbrik edib.

"Report"un xəbərinə görə, təbrik mətnində deyilir:

"Əziz həmvətənlər.

Sizi Ramazan ayının – orucluq və mənəvi yenilənmə, düşünmək və dua etmək, bağışlamaq və mərhəmət ayının başlanması münasibətilə təbrik edirəm. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib və xeyirxah işlər dövrüdür.

Azərbaycanda çoxəsrlik tarixi olan mənəvi ənənələrə hörmətlə yanaşılır. Bu ənənələrin əxlaqi və etik əsasları dəyişməz qalır. Çünki yaxınlarına qayğı, xeyirxahlıq və mərhəmət bütün dövrlərdə yüksək qiymətləndirilib.

Əminəm ki, Ramazan ayı birlik və həmrəylik, hörmət və qarşılıqlı anlaşma dövrü olacaq. Qoy Ulu Tanrı bu müqəddəs günlərdə sizin bütün dualarınızı eşitsin və qəbul etsin. Sizə sülh, xoş günlər, səadət və rifah arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi