Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailə üzvləri ilə görüşüblər.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb.
M.İbrahimovun atası Ağakərim İbrahimov Prezident
Sonra məktəblilərin hazırladığı şeirlər dinlənilib.