Bərdədə ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib

Bərdədə ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib Bərdə. 12 dekabr. REPORT.AZ/ Bərdə rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib.
Daxili siyasət
12 Dekabr , 2018 16:07
Bərdədə ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib

Bərdə. 12 dekabr. REPORT.AZ/ Bərdə rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib. 

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə , müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, veteranlar, gənclər, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin xatirəsinə ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Onlar daha sonra müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadını, həyat və fəaliyyətini əks etdirən fotostendlərdən ibarət muzeyi də ziyarət ediblər.

Son xəbərlər

Orphus sistemi