Bələdiyyə seçkilərində qanun pozuntularının baş verdiyi məntəqələrin sayı açıqlanıb

Bələdiyyə seçkilərində qanun pozuntularının baş verdiyi məntəqələrin sayı açıqlanıb Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qanun pozuntularının baş verdiyi məntəqələrin sayı açıqlanıb.
Daxili siyasət
26 Dekabr , 2019 10:42
Bələdiyyə seçkilərində qanun pozuntularının baş verdiyi məntəqələrin sayı açıqlanıb

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qanun pozuntularının baş verdiyi məntəqələrin sayı açıqlanıb.

“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov AzTV-yə müsahibəsində deyib ki, ümumilikdə 20 seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.

Onun sözlərinə görə, pozuntularla bağlı daxil olan müraciətlər və sosial şəbəkələrdə yayımlanan pozuntuların görüntüləri 9 bələdiyyə üzrə 20 məntəqəyə aiddir: “Bu da 0.5 faizdən bir az çox deməkdir. Bilirsiniz ki, bizim ölkə üzrə 1606 bələdiyyə var. Bunun 160-ı on faiz, 16-sı bir faiz edir. Doqquz bələdiyyə isə yarım faizdən bir az çoxdur”.

Son xəbərlər

Orphus sistemi