Bu gün Azərbaycanda keçirilmiş sonuncu bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq.
"Report" xəbər verir ki, bununla bağlı
Qeyd edək ki, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də baş tutub. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olummaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilib. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Dekabrın 23-də seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub (səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib).
Sonradan MSK-ya daxil olan şikayətlərə əsasən 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində seçkilərin nəticəsi ləğv edilib. Buna görə də Ağdaş bələdiyyəsi üzrə səsvermənin nəticəsi də etibarsız hesab olunub. Həmçinin, 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 24 saylı seçki məntəqəsi və 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edilib və hər məntəqənin seçki komissiyaları buraxılıb. Burada isə səsvermənin nəticələrinin ləğv edilməsinə baxmayaraq Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələri dəyişməyib.