Yuxarı

BAXCP: BŞİH-in qərarının ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir

BAXCP: BŞİH-in qərarının ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir
Qüdrət həsənquliyev və Hacıbala Abutalıbov

Bakı. 16 mart. REPORT.AZ/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) növbəti qurultayını aprelin 7-də “Bakı Əyləncə Mərkəzi”də keçirmək barədə “Mərkəz”in rəhbərliyi ilə razılığa gəlib və beh ödənilib. 

Bu barədə "Report"a Partiyanın Mətbuat xidmətindən məlumat verilib.

Partiyadan bildirilib ki, BAXCP-nin bundan əvvəlki qurultayı da həmin yerdə keçirilib: “Bu il keçiriləcək qurultay üçün də Bakı Şəhər İcra Hakimiyyətinə fevralın 23-də müvafiq məktubla müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti martın 15-də cavab məktubu ilə bildirib ki, həmin bina İcra Hakimiyyətinin tabeliyində olmadığına görə BAXCP qurultayını Əmircan qəsəbəsində keçirə bilər. Hesab edirik ki, Bakı Şəhər İcra Hakimiyyətindən bizə verilən cavabın sağlam düşüncə ilə izahı mümkün olmadığı üçün qərarın ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir".

BAXCP hesab edir ki, ölkə rəhbərlyi Hacıbala Abutalıbovun bu cür özbaşınalığına son qoyacaq, onun qanunsuz və anormal qərarını ləğv etməklə ayrı-seçkiliyə imkan verməyəcək: "Belə ki, prezident seçkiləri elan olunduqdan sonra heç bir problem olmadan Yeni Azərbaycan və Sosial Rifah partiyaları Bakının mərkəzində öz qurultaylarını keçiriblər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi