Yuxarı

Baş Nazirin müavini: "Yataqxanalarda baş verən yanğınlarla bağlı yaradılmış komissiya çoxlu sayda yoxlamalar aparır"

Baş Nazirin müavini: "Yataqxanalarda baş verən yanğınlarla bağlı yarad
© Report

"Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən yanğınlarla bağlı yaradılmış komissiya böyük sayda yoxlamalar aparır".

"Report" xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan hökuməti yaranmış vəziyyətin təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq: "Bildiyimiz kimi, bir neçə dəfə xoşagəlməz hadisələr baş verib. Məcburi köçkünlərin yaşadığı ictimai binalarda yanğın olub və bizim keçirdiyimiz baxışlar nəticəsində qənaət ondan ibarətdir ki, onlar hələ ki, həmin binalarda məskunlaşmağa məcburdurlar. Təbii ki, onlar hökumətimizin həyata keçirdiyi siyasət nəticəsində tikilən yeni qəsəbələrə köçürülürlər. Amma bu xeyli vaxt aparır. Təbiidir ki, onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir. Bununla bağlı yaradılmış komissiya böyük sayda yoxlamalar aparır, təhlükəli vəziyyət olan yerlər haqqında artıq bizdə səhih məlumatlar var. İmkan daxilində məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün də işlər görülür. Güman edirəm ki, gələcəkdə bizi narahat edən yanğın hadisələri baş verməyəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi