Yuxarı

Baş nazirin müavini: “Məqsədlər ona yönəlib ki, 2030-cu ilə qədər Azərbaycan daha da inkişaf etsin, daha sosialyönümlü cəmiyyət yaransın”

Baş nazirin müavini: “Məqsədlər ona yönəlib ki, 2030-cu ilə qədər Azərbaycan daha da inkişaf etsin, daha sosialyönümlü cəmiyyət yaransın”
“Dayanıqlı inkişaf məqsədləri ilə bağlı Azərbaycanın atdığı addımlara beynəlxalq səviyyədə dəstək verilir”
© Report/ Firi Salim — Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov

Bakı. 2 iyul. REPORT.AZ/ “Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası indiyədək xeyli işlər görüb. Əminəm ki, görülən işlərlə hədəflərə doğru addım atılıb. Hökumətin apardığı işlər nəticəsində məqsədə çatmış olacağıq, prosesə müsbət töhfəmizi verəcəyik”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin Milliləşdirilməsi və Prioritetləşdirilməsi üzrə seminar”da deyib.

Onun sözlərinə görə, bütün səylər və məqsədlər ona yönəlib ki, 2030-cu ilə qədər Azərbaycan daha da inkişaf etsin, daha sosialyönümlü cəmiyyət yaransın: “Dayanıqlı inkişaf məqsədləri ilə bağlı Azərbaycanın atdığı addımlara beynəlxalq səviyyədə dəstək verilir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi