"Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb. Yaşam səviyyəsi də indiki qədər yüksək olmayıb. Prezident
"Report"un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan inkişaf mərhələsini yaşayır: "Ölkəmiz müasir dövlətlərin içərisində ən uğurlularındandır. Bu, həm də ölkədaxili proseslərin ürəkaçan olmasından irəli gəlir. Ölkəmizin dünya birliyində kifayət qədər nüfuzu var. Azərbaycan dünyada baş verən prosesləri təkcə izləmir, həm də həmin proseslərin iştirakçısıdır, istiqamətvericisidir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi dünya birliyinə verilən töhfədir. Azərbaycan dünyada baş verən narahatlıqların dialoqla həll edilməsinin tərəfdarıdır. Avropanın bir sıra ölkələrində multikulturalizm ideyalarından kənarlaşma meyilləri müşahidə olunur. Azərbaycan isə multikulturalizm ideyalarının əhəmiyyətli olduğunu hər zaman vurğulayıb".