Bakı. 15 noyabr. REPORT.AZ/ "Hökumətin diqqət mərkəzində saxladığı məsələlərdən biri də odur ki, bütövlükdə ailə sferasında qadın əməyi əhəmiyyətli dərəcədə yüngülləşdirilsin və onların kiçik və orta sahibkarlıqla, məşğulluqla, özünüməşgulluqda iştirak etmək imkanları genişləndirilsin. Bu da hökumətin müəyyən etdiyi siyasətin tərkib hissəsidir".
"Report" xəbər verir ki, bunu Baş nazirin müavini
O bildirib ki, uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, məktəblərdə uzun təhsil saatlarının və qrafiklərinin tərtib edilməsi bir yandan uşaqların tərbiyə olunması məqsədi güdürsə, digər yandan qadın əməyinin yüngülləşdirilməsi məqsədi daşıyır.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğul olma səviyyəsini artırmaq üçün proqramlar həyata keçirir: "Biz qadınların kiçik və orta sahibkarlıqla məşğul olmasını stimullaşdırılmaq üçün tədbirlər həyata keçiririk. Qadınlarımız ailə həyatının qayğısının böyük hissəsini öz üzərlərinə götürdüklərindən onların kiçik və orta sahibkarlıqla məşğul olması imkanları bir-birini tamamlamır".
O əlavə edib ki, Azərbaycanda kiçik sahibkarlığın formalarından biri kimi özünəməşğulluq forması tədbiq edilir: "Bu da qadınların əmək fəaliyyətinin artırılması üçün əlavə imkan yaradır. Azərbaycan hökuməti