Yuxarı
    Bağlamaq

    Bakıda mediasiya mövzusunda konfrans keçirilib

    Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda “Kommersiya mediasiyası və mübahisələrin alternativ həlli sisteminin qurulması” mövzusunda konfrans keçirilib.

    Azərbaycan Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə, tədbirdə əcnəbi ekspertlər, Vəkillər Kollegiyasının üzvləri və müxtəlif özəl müəssisələrdə işləyən hüquqşünaslar iştirak ediblər.

    Kollegiyanın Mübahisələrin alternativ həlli üzrə komitəsinin təşkilati dəstəyi və “AmCham”ın (Azərbaycandakı Amerika Ticarət Palatası) informasiya dəstəyi ilə baş tutan konfransda məruzəçilər qismində İtaliyanın Mübahisələrin Alternativ Həlli Mərkəzinin rəbəri Leonarda D’Urso, ABŞ-nin Sent Luiz Universitetinin Sahibkarlıq hüququ kafedrasının rəhbəri professor Patrisia Li və ABŞ-dan olan mediator Elizabet Hasse çıxış ediblər.

    Tədbirdə moderator və Vəkillər Kollegiyasından təşkilatçısı qismində Vəkillər Kollegiyasının Mübahisələrin alternativ həlli komitəsinin rəhbəri, vəkil Ruslan Mirzəyev iştirak edib.

    Konfrans panel müzakirələri formasında davam etdirilib və “Sahibkarlar müdiasiya barəsində nə bilməlidirlər”, “İşin mediasiyaya yönəltməyin üstünlükləri”, “Vəkillər tərəfindən tərəflərin mediasiyada təmsil edilməsi” mövzularında çıxışlar və qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb.

    Tədbirdə Vəkillər Kollegiyasının 40-dan artıq üzvü, bundan başqa Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev və Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfov iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi