Yuxarı

BŞİH: Bakıda köşklər və iaşə obyektləri qaydaya salınır

Bakıda köşklər yuyulur

Bakıda ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə lazımi səliqə-səhmanın yaradılması, ərazidə sanitar-gigiyenik normalara riayət olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən müvafiq işlər həyata keçirilir.

Bu barədə “Report”a BŞİH-dən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən rayonların ərazilərində yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, obyektlərin ətrafı dezinfeksiya olunub. Obyektlərin estetik cəhətdən yenilənməsi, müasirləşdirilməsi, sakinlərimizin zövqünü oxşaması üçün tədbirlər görülür.

Eyni zamanda paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədi ilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməcliklər keçirilir, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır.

Bu istiqamətdə aparılan işlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi