Bakının Nizami rayonunda bəzi binalara yeni liftlər quraşdırılıb.
“Report”un xəbərinə görə, Prezident
Yeni liftin təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Almaniya Federativ Respublikasının Wittur Holding GMBH qlobal şisteminin satış rəhbəri Tomas Rottc, Wittur Holding GMBH qlobal şisteminin İdarə heyətinin rəhbəri Ahmet Kambolat, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov iştirak ediblər.
Bildirilib ki. paytaxtda çoxmənzilli binalarda liftlərin yeniləri ilə əvəz olunması prossesi ilkin pilot layihə olaraq Bakının Nizami rayonunda həyata keçirilməsi qərara alınıb, artıq liftlərin bir hissəsi Bakıya gətirilib və Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında birinci liftin quraşdırılması həyata keçirilib.
Alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə əvvəllər alınan liftlərə nisbətən daha üstün olmaqla yanaşı qiymət baxımından daha ucuzdur.
Nəzərdə tutulub ki, ilkin mərhələdə pilot layihəsi kimi Nizami rayonundakı çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək, daha sonra isə digər rayonlarda da bu işlər aparılacaq.