Yuxarı

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri sabah gücləndirilmiş iş rejimində işləyəcək

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri sabah gücləndirilmiş iş rejimində işləyəcək
Azərbaycan vətəndaşlarının səs verə bilmələri üçün Ankara və İstanbul şəhərlərində iki seçki məntəqəsi yaradılıb

İstanbul. 10 aprel. REPORT.AZ/ Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının aprelin 11-də keçiriləcək Prezidenti seçkilərində səs verməsinin təmin edilməsi üçün hazırlıq işləri başa çatıb.

Bu barədə "Report"un Türkiyə bürosuna Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşlarının səs verə bilmələri üçün Ankara və İstanbul şəhərlərində iki seçki məntəqəsi yaradılıb: "Səsvermə Türkiyə saatı ilə 08:00-da başlayıb 19:00-da yekunlaşacaq. Səsvermədə Ankara və ətraf şəhərlərdə yaşayan 780-790 Azərbaycan vətəndaşının iştirak edəcəyi gözlənilir. İstanbul və ətraf şəhərlərdə yaşayan həmvətənlərimiz isə Azərbaycanın İstanbuldakı Baş Konsulluğa müraciət edəcəklər".

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan "Report"a verilən məlumata görə, protokollar, seçki bülletenləri məntəqələrə çatdırılıb: "Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri sabah gücləndirilmiş iş rejimində işləyəcək".

Baş Konsulluqdan həmçinin bildirilib ki, İstanbul qeydiyyatında 906 seçici var.

Vüsalə Abbasova 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi