Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb

Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
15 Dekabr , 2016 18:37
Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanın bir neçə ölkədəki səfirini geri çağırıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Azər Tofiq oğlu Hüseyn Azərbaycan Respublikasının Gürcüstanda, Rövşən Şamil oğlu Cəmşidov Azərbaycan Respublikasının Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyada, Mir-Həmzə Nazim oğlu Efendiyev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi, Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

Son xəbərlər

Orphus sistemi