Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda şüa diaqnostikası şöbələrinin (kabinetlərin), şüa terapiyası və radioizotop diaqnostikası laboratoriyalarının uşaq müəssisələrində (körpələr evi, uşaq bağçası, məktəblər) yerləşdirilməsi qadağan edilib.
“Report” xəbər verir ki, bununla bağlı “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”da dəyişiklik edilib.
Sənədi səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb.
İndiyədək bu qadağa yalnız yaşayış binalarına aid idi.