Azərbaycanda prezident seçkiləri üçün MDB müşahidə missiyasının rəhbəri təsdiqlənib

Azərbaycanda prezident seçkiləri üçün MDB müşahidə missiyasının rəhbəri təsdiqlənib Qərar Minskdə MDB-nin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında qəbul edilib
Daxili siyasət
20 Fevral , 2018 15:05

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasına MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək.

MDB İcraiyyə Komitəsindən "Report"a verilən məlumata görə, qərar bu gün Minskdə keçirilən MDB-nin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında qəbul edilib.

İcraiyyə Komitəsindən bildiriblər ki, hazırda müşahidə missiyasının formalaşdırılması prosesi gedir.

"Report"un daha əvvəl xəbər verdiyi kimi, MDB-nin uzunmüddətli müşahidə missiyası Bakıya martın 20-də, qısamüddətli missiya isə seçkilərdən bir neçə gün əvvəl gələcək.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi