Yuxarı

Azərbaycanda lisenziyalar haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir

Azərbaycanda lisenziyalar haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir
Vəzifəli şəxslər min manatdan beş yüz manatdək məbləğdə cərimə ediləcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.

“Report”un xəbərinə görə, bunun bağlı Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin Maddə 602-1 (Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması) maddəsinin əlavə edilməsi təklif olunub.

Dəyişiklik layihəsinə əsasən, “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş məlumatların həmin qanunla müəyyən edilmiş müddətdə və qaydada lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına görə verilməməsinə görə vəzifəli şəxslər 5 yüz manatdan min manatadək miqdarında cərimə ediləcək.
Sahibkarın müraciəti əsasında lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verilməməsinə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə görə vəzifəli şəxslərin 5 yüz manatdan min manatadək cərimə edilməsi nəzərdə tutulur.

Dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyesterlər və digər informasiya resusrsları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə vəzifəli şəxslər min manatdan beş yüz manatdək məbləğdə cərimə edilir.

Lisenziya və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyatı dövlət orqan və müəssisələrinin tələb olunan rəyinin və verməli olduqları sənədlərin alınması üçün lisenziya və icazə verə orqan tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək cərimə ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi