Azərbaycanda 9 nəfər prokurorluq orqanlarından xaric olunub

Azərbaycanda 9 nəfər prokurorluq orqanlarından xaric olunub Əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə qətiyyətlə davam etdirmək tapşırılıb
Daxili siyasət
6 Yanvar , 2017 17:01
Azərbaycanda 9 nəfər prokurorluq orqanlarından xaric olunub

Bakı. 6 yanvar. REPORT.AZ/ Ötən ildə aparılan xidməti yoxlamalar nəticəsində 49 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 9 nəfər prokurorluq orqanlarından xaric edilib.

"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluqda 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Onun sözlərinə görə, Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilib ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Son xəbərlər

Orphus sistemi