Azərbaycana idxal edilən yumurtaya gömrük rüsumunun müddəti uzadılıb

Azərbaycana idxal edilən yumurtaya gömrük rüsumunun müddəti uzadılıb Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycana idxal edilən ev toyuqlarının yumurtalarına (Gallus domesticus) gömrük rüsumunun müddəti uzadılıb.
Daxili siyasət
8 Noyabr , 2018 12:22
Azərbaycana idxal edilən yumurtaya gömrük rüsumunun müddəti uzadılıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycana idxal edilən ev toyuqlarının yumurtalarına (Gallus domesticus) gömrük rüsumunun müddəti uzadılıb.

“Report” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Nazirlər Kabinetinin 2016-cı il noyabrın 2-də qəbul etdiyi və 30 gün sonra qüvvəyə minən qərarına əsasən ölkəyə idxal edilən ev toyuqlarının yumurtalarına (Gallus domesticus) gömrük rüsumunun tətbiqinə başlanılıb. İki il qüvvədə olması nəzərdə tutulan yeni gömrük rüsumunun müddəti noyabrın 2-də başa çatmalı idi. Dəyişikliklə bu müddət uzadılıb. Başqa sözlə, 2019-cu ilin dekabrın 15-dək idxal edilən toyuq yumurtasının hər 1 000 ədədinə 100 ABŞ dolları gömrük rüsumu tutulacaq.

Son xəbərlər

Orphus sistemi