Azərbaycan vətəndaşlarının təxliyəsi karantin imkanlarından asılıdır - RƏSMİ

Azərbaycan vətəndaşlarının təxliyəsi karantin imkanlarından asılıdır - RƏSMİ “İstər Rusiyadan, istərsə də Türkiyədən Azərbaycan gəlmək istəyən vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunacaq. İnsanların Vətənə qayıtması onların təbii haqqıdır. Amma bunun texniki tərəfləri var”.
Daxili siyasət
29 May , 2020 19:20
Azərbaycan vətəndaşlarının təxliyəsi karantin imkanlarından asılıdır - RƏSMİ

“İstər Rusiyadan, istərsə də Türkiyədən Azərbaycan gəlmək istəyən vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunacaq. İnsanların Vətənə qayıtması onların təbii haqqıdır. Amma bunun texniki tərəfləri var”.

"Report” xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“İstər Dağıstandan, istərsə də Türkiyədən vətəndaşların Azərbaycana gəlişi bizim ölkəmizdə karantin zonalarındakı imkanlardan asılıdır. Azərbaycanın həftə ərzində xaricdən karantinə yerləşdirmək şərtilə 200-500 nəfər arası vətəndaşın ölkəyə gətirməsi imkanı var”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi