Yuxarı

Azərbaycan Prezidenti: “İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir”

Azərbaycan Prezidenti: “İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir”
“İş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir”

Bakı. 10 aprel. REPORT.AZ/ “Bu ilin üç ayında Azərbaycanın ticarət dövriyyəsi 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artıb. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artıb, idxal isə 17 faiz azalıb. Bu da bizim siyasətimizin təzahürüdür”.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

“Biz idxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalı stimullaşdırdıq, biznes qurumlarına çox gözəl şərait yaratdıq, xüsusilə kənd təsərrüfatı sahəsinə texnikanın alınmasına və digər tədbirlərə dövlət investisiyaları qoyuldu”, - deyən Azərbaycan Prezidenti vurğulayıb ki, idxalın azalması, ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin edir: “Bu göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir”.

İlin birinci rübündə 85 min yeni iş yerinin yaradıldığını qeyd edən dövlət başçısı onlardan 70 mininin daimi olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev əlavə edib ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi