Azərbaycan ombudsmanı cəbhə xəttinə yollanacaq

Azərbaycan ombudsmanı cəbhə xəttinə yollanacaq "Fəaliyyətimiz bütövlükdə müharibə dövrünə, erməni təcavüzlüyünə təsadüf edir"
Daxili siyasət
5 Aprel , 2016 13:28
Azərbaycan ombudsmanı cəbhə xəttinə yollanacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Ombudsman Elmira Süleymanova yaxın günlərdə təmas xəttində olacaq. "Report"un məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, sabah beynəlxalq təşkilatların böyük nümayəndə heyəti Ombudsman Aparatında qəbul ediləcək.

Ombudsman onu da əlavə edib ki, il ərzində aparata daxil olan təkliflər üzərində işlənilir: "Fəaliyyətimiz bütövlükdə müharibə dövrünə, erməni təcavüzlüyünə təsadüf edir. Mütəmadi olaraq hərbi hissələrdə oluruq. 100-dən çox rəsmi bəyanatlarımız olub. Hər bir sənəddə erməni dövlətinin işğalçılıq fəaliyyəti öz əksini tapıb".

Müvəkkil çıxışının sonunda deputatlara təklif edib ki, onlar yalnız zəbt olunan rayonların sərhədində olan rayonlara deyil, bütövlükdə son günlər baş verən hadisələrlə bağlı orada yaşayan isnanların əhval-rühiyyəsini yüksəltmək üçün müntəzəm olaraq tədbirlər keçirsinlər.

Son xəbərlər

Orphus sistemi