Ayaz Mütəllibovun həyat yoldaşı dəfn olunub - FOTO - YENİLƏNİB-3

Ayaz Mütəllibovun həyat yoldaşı dəfn olunub - FOTO - YENİLƏNİB-3 Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova dəfn olunub.
Daxili siyasət
5 İyul , 2019 16:13
Ayaz Mütəllibovun həyat yoldaşı dəfn olunub - FOTO - YENİLƏNİB-3
Report / Firi Salim

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova dəfn olunub.

"Report"un xəbərinə görə, mərhum Yasamal qəbiristanlığında oğlu Azad Mütəllibovun məzarının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib.


*** 15:58

Bakının Təzəpir məscidində Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə keçirilən vida mərasimi başa çatıb.  

"Report"un xəbərinə görə, mərhum Yasamal qəbiristanlığında oğlunun məzarı yanında dəfn olunacaq.

Xatırladaq ki, Ə.Mütəllibova bugün 81 yaşında vəfat edib.


*** 15:21

Fotolar əlavə olunub


*** 14:34

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi keçirilir.

"Report"un xəbərinə görə, Bakıda Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak edirlər.

Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi